Putinlə görüşdən sonra ABŞ-dan Ermənistana xəbərdarlıq

2021/04/Untit-1618046291.jpg
Oxunub: 17598     14:19     10 Aprel 2021    
Ermənistan Baş naziri Nikol Paşinyanın 7 aprel Moskva səfərindən və Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb.

Armen Sarkisyan və ABŞ səfiri ikitərəfli və regional gündəlik məsələlərini müzakirə ediblər. ABŞ səfirliyinin bildirdiyi kimi, prezident Sarkisyanla görüşdə səfir Treysi Ermənistandakı demokratiyanı dəstəkləmək öhdəliyini bildirib, eyni zamanda ABŞ-ın münaqişə prosesində iştirak etməyə hazırlığını ifadə edib.

Amerika Birləşmiş Ştatları bir tərəfdən Ermənistana öz siyasi iştirak hazırlığı üçün siqnallar göndərir, digər tərəfdən əslində həmçinin əks halda geriləmə ola biləcəyi, yəni regional məsələlərin müzakirə formatının Minsk qrupu həmsədrliyinə qayıtmaması, rus-türk çərçivəsində qalması ilə bağlı xəbərdarlıq edir.

ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib ki, buradakı problemlər, əlbbəttə ki, çox və müxtəlifdir, lakin ümumi olaraq ABŞ-ın siqnalının məzmunu kifayət qədər şəffafdır. Kent bu yaxınlarda demişdi ki, Rusiya regional təsir qollarını itirməmək üçün münaqişənin tam və yekun həllini istəmir.

Eyni zamanda Kent qeyd etmişdi ki, zaman keçdikcə Azərbaycan Rusiyanın hərbi mövcudluğundan şikayət etməyə başlayacaq. Amerikalı diplomat kifayət qədər açıq şəkildə işarə edir ki, ABŞ-ı bölgədən kənarda qoymaq halında Vaşinqton Azərbaycanın narazılığının tərəfində olacaq, çünki digər tərəfdə onunla soyuq müharibə qarşıdurmasına girmiş Rusiya var.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Ermənistan   Böhran  

Putinlə görüşdən sonra ABŞ-dan Ermənistana xəbərdarlıq

2021/04/Untit-1618046291.jpg
Oxunub: 17599     14:19     10 Aprel 2021    