Rusiya mətbuatı Ermənistanda baş verən proseslərə necə yanaşır?

2021/04/asfas-1617864028.jpg
Oxunub: 959     13:17     10 Aprel 2021    
Putin və Paşinyanın görüşməsi Azərbaycanda olan erməni diversantların yaxınları arasında yeni ümidlər doğurmuşdu.

“Erməni tərəfi Rusiya tərəfinin vasitəçiliyi ilə əsirlərin qaytarılması üçün aktiv səylər göstərir”, - deyə Ermənistan palamentinin “Mənim addımım” fraksiyasının üzvü Nazeli Bağdasaryan “Azadlıq” saytına verdiyi müsahibəsində bildirib.

O, xüsusilə Ermənistan və Rusiya liderlərinin bu mövzuda Moskvadakı görüşünün əhəmiyyətindən bəhs edib: “Rusiya Federasiyası Prezidenti və Ermənistanın Baş nazirinin bu məsələdə birmənalı yanaşması çox vacibdir, hazırda və elə bu gün də soydaşlarımızın geri qaytarılmasını təmin etmək üçün aktiv səylər göstərilir”.

Rusiya prezidenti ilə görüşdə Paşinyan bu məsələnin həll olunmadığını vurğulayaraq yenidən əsirlər məsələsini qaldırıb. Vladimir Putinlə söhbətində Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında 10 noyabrda imzalanan bəyanatın 8-ci bəndinə istinad edərək, həmin sənədə görə tərəflərin hərbi əsirlərin, digər məhbusların və ölənlərin cəsədlərinin mübadiləsi barədə razılığa gəldiklərini xatırladıb.

Avropa İnsan Haqları Məhkəməsindəki Ermənistan nümayəndəliyinin ofisinin rəhbəri Liparit Drmeyanın sözlərinə görə, Ermənistan tərəfi AİHM-ə 250 nəfərlə bağlı ərizə göndərib. Strasburq məhkəməsi son aylarda geri qaytarılanları nəzərə alaraq 230 nəfər barəsində müvəqqəti keçid tədbiri tətbiq etmişdi, hazırda 183 nəfərin işi AİHM-dədir. Onlardan yalnız 72-si haqqında, Azərbaycan bu insanların öz ərazilərində olduğuna aydınlıq gətirməklə Strasburqa məlumat verib. Onların arasında üç tərəfli bəyanatdan sonra təxribat edən diversantlar da var.

Bu günə qədər mülki şəxslər də daxil olmaqla, ümumilikdə 69 əsir Azərbaycandan Ermənistana qaytarılıb. Ermənistan isə 15 nəfəri Azərbaycana təhvil verib, bunların arasında yalnız hərbi əsirlərlə yanaşı, girov düşmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov da var.

Rusiya mətbuatı Ermənistan baş nazirinin Moskvaya səfərinə münasibət bildirib. Bir sıra nüfuzlu dövri mətbuatda geniş məqalələr dərc edilib. Rus mətbuatı Paşinyanın dünən Moskvada erməni hüquqşünaslarla görüşü zamanı çıxışına toxunaraq, Ermənistan baş nazirinin Rusiya prezidenti ilə danışıqlardan, bu danışıqlar nəticəsində heç bir sənədin imzalanmamasına baxmayaraq razı qaldığını yazıb.

Xatırladaq ki, Kremldə Vladimir Putinlə danışıqlardan və nahardan sonra Nikol Paşinyan Moskvada yaşayan erməni hüquqşünaslarla görüş keçirib. Çıxışında Paşinyan bildirib: “Rusiya prezidenti ilə görüşümüzü və danışıqlarımızı bir az öncə başa vurduq. 3,5 saat ərzində praktiki olaraq gündəmin bütün məsələlərini və nüanslarını müzakirə edə bildik, deyə bilərəm ki, görüşün nəticələrindən çox razıyam. Ümumiyyətlə, əlbəttə ki, deyə bilərəm ki, Rusiya prezidenti ilə çox açıq münasibətlər qurulub, xüsusən son aylarda bu münasibətlər daha da birbaşa xarakter alıb”.

Eyni zamanda, Rusiya mətbuatı qeyd edir ki, hal hazırda erməni əsirlərin geri qaytarılmasında ciddi bir irəliləyiş yoxdur, bunun əvəzinə Moskva Ermənistana ehtiyac duyduğu miqdarda Rusiya istehsalı “Sputnik V” peyvəndi verəcəyinə söz verib.

Bir şey aydındır ki, Moskva təkcə Qarabağ ətrafındakı proseslərə deyil, Ermənistandakı daxili siyasi hadisələrə də diqqətlə yanaşır.

“Kommersant” yazır ki, Putin son günlərdə həm Robert Köçəryan, həm də Nikol Paşinyanla təmasda olub.

“Vladimir Putinin yalnız Ermənistandakı daxili siyasi mübarizənin əsas iştirakçılarını nəzərdə tutmayan təmasları Rusiyanın Ermənistanda gedən proseslərə göstərilən böyük diqqətindən xəbər verir. Kreml üçün yalnız sülhü və rus sülhməramlılarının Qarabağda varlığını qorumaq yox, həm də münaqişə bölgəsinin iqtisadi dirçəliş prosesinə başlamaq vacibdir. Söhbət nəqliyyat kommunikasiyasından, blokadadan çıxarılmaqdan və iqtisadi əlaqələrdən gedir”, - deyə nəşr qeyd edib.

Rus nəşri Moskvadakı Paşinyan-Putin danışıqlarından əvvəl konstitusiya quruluşunu devirmə maddəsi ilə cinayət işinə xitam verilməsini təsadüfi hesab etmir. “Kommersant”ın məlumatına görə, Kreml bir neçə dəfə cənab Paşinyana keçmiş prezidentin təqib edilməsinə dəyməz deyə başa salmağa çalışıb, lakin keçən həftəyə qədər bu xahişlər gözardına vurulurdu.

Digər bir nüfuzlu Rusiya dövri mətbuatı olan “Vedomosti” nəşri də Putin-Paşinyan danışıqlarına toxunaraq, Paşinyanın Ermənistanda yeni bir nüvə stansiyası inşa etmə imkanını müzakirə etmək təklifini vurğulayıb. Qəzet qeyd edir ki, “Metsamor” nüvə stansiyası 1977-ci ildə inşa edilib və 2026-cı ilədək fəaliyyət göstərməsi nəzərdə tutulub.

“Son illərdə stansiyada Metsamor nüvə stansiyasının nəzərdə tutulan vaxtadək işləməsinə, həmçinin stansiyanın gücünü və təhlükəsizliyini artırmasına imkan verəcək 300 milyon dollar dəyərində modernizasiya işi aparılıb”, - deyə “Vedomosti” yazaraq Ermənistanda yeni nüvə stansiyasının inşasının 5 milyard dollara başa gələcəyini vurğulayıb.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan  

Rusiya mətbuatı Ermənistanda baş verən proseslərə necə yanaşır?

2021/04/asfas-1617864028.jpg
Oxunub: 960     13:17     10 Aprel 2021    