İrəvanın yeni problemi

2021/04/Untit-1618045473.jpg
Oxunub: 1357     15:47     10 Aprel 2021    
“ABŞ-ın Beynəlxalq Respublikaçı İnstitutu Gürcüstanda keçirilmiş sosial sorğunun məlumatlarını yayımlayıb, bunlar Ermənistanda da kifayət qədər diqqətə layiqdir”.

Ordu.az xəbər verir ki, bu barədə “1in.am” nəşrində dərc olunan məqalədə bildirilib.

Müəllif qeyd edib ki, həyata keçirilmiş sorğuya görə, Gürcüstan cəmiyyətinin 64 fazi Ermənistanla münasibətləri müsbət qiymətləndirir.

“Eyni zamanda respondentlərin yalnız 11 faizi Ermənistana əsas tərəfdaş kimi baxır. Ermənistana prioritet iqtisadi tərəfdaş kimi yalnız respondentlərin 9 faizi arasında baxılır. Bu baxımdan həm Azərbaycan, həm də Türkiyə Gürcüstanda Ermənistanı üstələyir. Əlbəttə, tandemin böyük potensialını və eyni zamanda Gürcüstanın Rusiya ilə problemi olduğunu nəzərə alaraq Ermənistanın bu mənada Türkiyə və Azərbaycanla rəqabət edə biləcəyini düşünmək sadəlövhlükdür. Buna baxmayaraq,erməni-gürcü münasibətini yaxınlaşdırmaq Ermənistan üçün strateji prioritet hesab edilməlidir”, - deyə məqalədə qeyd olunub.

Müəllif yazıb ki, Ermənistan regional birgəyaşayış məsələsində Gürcüstanla münasibəti zəiflətmək yox, dərinləşdirmək istiqamətində maksimumu etməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

İrəvanın yeni problemi

2021/04/Untit-1618045473.jpg
Oxunub: 1358     15:47     10 Aprel 2021    