Birinci və İkinci Dünya müharibəsində minaların tətbiqi - ARAŞDIRMA (III YAZI)

2021/04/45455-8091506000.jpg
Oxunub: 9747     15:00     14 Aprel 2021    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Birinci Dünya müharibəsi

Minalarda istifadə olunan partlayıcı maddələrin gücünün artmasının daha bir əlaməti, Birinci Dünya müharibəsindən etibarən minaların partlayan zaman 1000-dən çox yüksək sürətə malik qəlpəyə parçalanması idi. Fransa-Prussiya müharibəsində (1870-ci il) minalar partlayan zaman 20-30 qəlpəyə bölünürdü. Buna baxmayaraq, piyada əleyhinə minalar müharibədə böyük amil deyildi, çünki pulemyotlar, tikanlı məftillər və sürətli atəş topları daha təsirli müdafiə idi. İstisna vəziyyət Afrikada (indiki Tanzaniya və Namibiya) müharibənin daha mobil olduğu bir yerdəydi.

Müharibənin sonlarına yaxın Britaniya xəndək müdafiəsini aşmaq üçün tanklardan istifadə etməyə başladı. Almanlar onlara tank əleyhinə silah və minalarla cavab verdi. Əldəqayırma mina yerlərini nitrosellülözlə doldurulmuş taxta qutulardan ibarət kütləvi istehsal olunan minalara verdi və mina sahələri tank kütlələrinin irəliləməsini dayandırmaq üçün standartlaşdırıldı.

Dünya müharibələri arasında gələcək müttəfiqlər mina üzərində çox az iş gördülər, lakin Almanlar “Tellermine” adlı bir sıra tank əleyhinə minalar inkişaf etdirdilər. Almanlar “Schrapnell” adlı ilk sıçrayan mina inkişaf etdirdilər. Mina aktivləşən zaman bir az hündürlüyə sıçrayır və partlayır, hər tərəfə minlərlə polad qəlpə saçır. Üzərinə basmaq və elektronika ilə akrivləşən bu minalar təxminən 2800 kvadrat metrlik ərazidəki əsgərlərə zərər verə bilirdi.

İkinci Dünya müharibəsi

İkinci Dünya müharibəsində, xüsusən də açıq ərazinin tanklara üstünlük verdiyi Şimali Afrika çöllərində və Şərqi Avropa çöllərində on milyonlarla mina basdırılmışdı. Lakin bunlardan istifadə edən ilk ölkə Finlandiya idi. Finlər saylarından iyirmi qat çox olan, 6000-dən çox tanka sahib böyük Sovet qüvvəsinə qarşı müdafiə olunurdular, lakin göllər və meşələrlə əhatələnən ərazi var idi, buna görə tankların hərəkəti yollarla məhdudlaşdırıldı. Onların Mannerheym müdafiə xətti bu təbii istehkamlarla və sadə qəlpəli minalarla qorunurdu.

Almanlar blitzkriq taktikasından istifadə edərək sürətlə irəliləyərkən minalardan elə də çox istifadə etmədilər. Lakin 1942-ci ildən sonra onlar müdafiədə idilər və ən sistemli minalardan istifadə edirdilər. Müttəfiqlər mövcud olan minalara qarşı mübarizə yollarını tapdıqları üçün yeni mina növləri icad etməyə başladılar və kütləvi mina istehsalına başladılar. Tank əleyhinə minaların çıxarılmasını çətinləşdirmək üçün onları sıçrayan minalarla əhatə edirdilər və əsgərlər onları qaldırmağa çalışarkən partlayırdılar.Minaların basdırılmasına da rəsmi yanaşırdılar və mina yerlərini ətraflı qeyd edib xəritəsini hazırlayırdılar.

1942-ci ildəki İkinci Əl-Əlameyn döyüşündə almanlar bütün döyüş sahəsindən və beş mil dərinlikdən keçən iki sahədə təxminən yarım milyon mina basdıraraq Müttəfiqlərin hücumuna hazırlaşırdılar. Şeytan bağları adlanan bölgə 88 mm-lik tank əleyhinə silahlarla və kiçik silahlarla əhatə olundu. Müttəfiqlər qalib gəldi, lakin tanklarının yarısından çoxunu itirdilər. İtkilərin 20%-nə mina səbəb olmuşdu.

Sovetlər Finlandiya ilə apardıqları müharibə zamanı minaların dəyərini başa düşdülər və Alman işğallarında onlardan kütləvi şəkildə istifadə edərək 67 milyondan çox istehsal etdilər. Almanların irəliləməsinə son qoyan Kursk Döyüşündə ümumi dərinliyi 35 kilometr olan səkkiz xəttdə bir milyondan çox mina yerləşdirdilər.

Mina tankları yavaşlatmağa və əsgərlərin minaları çıxartmasını gözləməyə məcbur etdi. Minaları zərərsizləşdirməyin əsas metodu onu süngü və ya çubuqla 30 dərəcə bucaqla altında qaldırmaq idi. Müharibənin başlanğıcındakı bütün minalarda metal korpus olduğundan mina tapılmasını sürətləndirmək üçün metal detektorları istifadə edilə bilərdir Polşalı zabit Józef Kosacki portativ mina detektoru hazırladı. Detektordan yan keçmək üçün almanlar “Schu-mine 42” (piyada əleyhinə) və “Holzmine 42” (tank əleyhinə) adlı taxtadan mina inkişaf etdirdilər. Effektiv, ucuz və asanlıqla hazırlanan “Schu-mine 42” müharibədə ən çox yayılmış mina oldu. Minalar şüşə, beton və gildən də hazırlanırdı. Ruslar preslənmiş karton qabıqlı PMK40 minalarını inkişaf etdirdilər və italyanlar bakelitdən (kimyəvi maddə) tank əleyhinə mina düzəltdilər. 1944-cü ildə almanlar tamamilə metaldan istifadə edilməyən “Topfmine” adlı minalar yaratdılar. Onlar minalarını radioaktiv qumla örtərək aşkar edə bilinəcək şəkildə basdırırdılar, lakin müttəfiqlər bunları müharibənin sonuna kimi tapmadılar.

Minaların təmizlənməsi üçün bir neçə mexaniki üsul sınaqdan keçirilmişdi. Tanklara və ya yük maşınlarına quraşdırılan ağır silindirlərdən istifadə olunurdu, lakin bunlar daha sonra istifadə edilmədi və çəkiləri tankları xeyli yavaşlatdı. Tanklar və buldozerlər şumları dağıtmağa cəhd etdilər ki, bu da öz növbəsində bütün minaları 30 sm dərinliyə basdırdı. “Bangalore torpedosu” adlı partlayıcı ilə doldurulmuş uzun incə boru 1912-ci ildə icad edilib və tikanlı məftilləri təmizləmək üçün istifadə edilirdi. “Snake” və “Conger” kimi daha böyük versiyalar hazırlandı, lakin o qədər də təsirli deyildi. Ən yaxşı variantlardan biri fırlanan barabanlara bitişik, ucunda çəki daşları olan zəncirlərən ibarət vasitələr idi. “Scorpion” adlı ilk vasitə “Matilda” tankına quraşdırılıb və İkinci Əl-Əlameyn döyüşündə istifadə edilib. “Sherman” tankına quraşdırılan “Crab” daha sürətli idi (saatda 2 kilometr). Bunlardan 1944-cü ildə Neptun əməliyyatı (D-günü) və sonrasında istifadə edilib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dünya-müharibələri   Mina  

Birinci və İkinci Dünya müharibəsində minaların tətbiqi - ARAŞDIRMA (III YAZI)

2021/04/45455-8091506000.jpg
Oxunub: 9748     15:00     14 Aprel 2021    

Bizi "telegram"da izləyin