Zod mədənində nə baş verir?

2021/03/zoddd-1615964458.jpg
Oxunub: 1149     11:47     10 Aprel 2021    
“Zod mədənində axtarılmış və hesablanmış kifayət qədər ciddi qızıl ehtiyatları var, bundan əlavə, sayları, belə desək, ümidverici olan proqnozlaşdırılmış ehtiyatlar var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş ətraf ətraf mühitin qorunması naziri, Ermənistan Geologiya İnstitutu direktorunun müşaviri Sarkis Şahazizyan deyib.

Şahazizyan bir hissəsi son müharibədən sonra Azərbaycan tərəfinə keçmiş Zod mədənindəki vəziyyəti təqdim edib.

Keçmiş erməni nazir deyib ki, onda olan məlumatlara görə, hazırda mədən iki hissəyə bölünməyib və maneəsiz işləyir, çünki onu Rusiyanın “GeoProMining Gold” şirkəti istismar edir.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi mədəndə istismar həyata keçirmir.

Hər iki tərəfin - Ermənistanın və Azərbaycanın mədəni istismar etməsi variantına gəlincə, Şahazizyan bildirib ki, bu, texniki cəhətdən mümkün deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Zod  

Zod mədənində nə baş verir?

2021/03/zoddd-1615964458.jpg
Oxunub: 1150     11:47     10 Aprel 2021    