Erməni valideynlər: “Deyirlər əsir gətirə bilmərik”

2021/04/16857-1618035646.jpg
Oxunub: 3200     10:26     10 Aprel 2021    
44 günlük müharibə zamanı və sonra itkin düşmüş erməni hərbi qulluqçuların və əsirlərin valideynləri Ermənistan Müdafiə Nazirliyində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və yüksək dərəcəli zabit heyətinin bəzi nümayəndələri ilə 4 saat davam etmiş görüşdən çıxıblar.

Jurnalistlərə deyiblər ki, onların suallarına tam cavablar verilməyib.

“Deyirlər əsir gətirə bilmərik”, - deyə görüşün iştirakçısı olan erməni valideynlərdən biri qeyd edib.

İtkin düşmüş erməni qulluqçulardan birinin yaxını da deyib ki, əsirlərin qaytarılması məsələsində Ermənistan Müdafiə Nazirliyindən və Baş Qərargahından heç bir gözləntiləri yoxdur.

“Bu insanlar qətiyyən vəziyyətə hakimlik etmirlər, Baş Qərargah rəisi ümumiyyətlə hakimlik etmir, çünki deyir ki, hansısa konkret məsələnin həllini tapmaq mənim səlahiyyətlərimə daxil deyil”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Əsir  

Erməni valideynlər: “Deyirlər əsir gətirə bilmərik”

2021/04/16857-1618035646.jpg
Oxunub: 3201     10:26     10 Aprel 2021    