BMT-nin proqnozları: 2050-ci ilə qədər Ermənistan əhalisi azalacaq

2020/08/15846-1598078990.jpg
Oxunub: 751     11:28     10 Aprel 2021    
“2021-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən Ermənistanda əhalinin sayı 2 milyon 959 min nəfər təşkil edir. BMT-nin əhali proqnozlarına görə, 2050-ci ildə bu, 2 milyon 816 minə çatacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Media mərkəzi”ndə təşkil edilmiş mətbuat konfransı zamanı BMT-nin əhali fondunun əhali və inkişaf proqramının cavabdehi Anna Hovhannisyan deyib.

“Bu proqnozlar 2019-cu ildə həyata keçirilib. BMT hər iki ildən bir proqnozlar həyata keçirir: 2021-ci ildə biz yeni proqnozlara sahib olacağıq, lakin artıq bizim qiymətləndirməmizə görə, bu proqnozlar daha pessimist olacaq”, - deyə Hovhannisyan qeyd edib.

O bildirib ki, BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər Ermənistan əhalisi azalacaq, Azərbaycan və Türkiyə əhalisi artacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   BMT  

BMT-nin proqnozları: 2050-ci ilə qədər Ermənistan əhalisi azalacaq

2020/08/15846-1598078990.jpg
Oxunub: 752     11:28     10 Aprel 2021    