Husilər Səudiyyənin cənubuna ballistik raket atıb

2021/04/Rus-I-1617605534.jpg
Oxunub: 697     10:35     10 Aprel 2021    
Yəməndəki “Husi” qiyamçıları Səudiyyə Ərəbistanının cənubundakı Cizən şəhərinə ballistik raket atıb.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri raketin zərərsizləşdirildiyini bildirib.

2015-ci ilin martında Yəmənə müdaxilə edən koalisiya qüvvələri ilə husilər arasında son aylarda toqquşmaların sayı artıb. Yəmənin böyük hissəsinə nəzarət edən qiyamçılar Səudiyyə Ərəbistanı istiqamətinə ballistik raketlər, eləcə də partlayıcı yüklü PUA-lar göndərirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Səudiyyə   Yəmən  

Husilər Səudiyyənin cənubuna ballistik raket atıb

2021/04/Rus-I-1617605534.jpg
Oxunub: 698     10:35     10 Aprel 2021    