Britaniya YARS-larını təkmilləşdirmək üçün yeni proqrama start verib

2021/04/MLRS--1618033808.jpg
Oxunub: 904     14:21     10 Aprel 2021    
Britaniya ölkənin Silahlı Qüvvələrinin arsenalında olan M270 Yaylım Atəşli Reaktiv Sistemlərini (YARS) təkmilləşdirmək üçün yeni proqrama start verib.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya ordusunun saytında məlumat yayılıb.

Proqramın müddəti 5 ildir. Britaniya ordusunun arsenalında 44 ədəd bu YARS üçün atıcı qurğu mövcuddur. İlk YARS-ın gələn il modernizasiya ediləcəyi bildirilir.

Modernizasiya proqramı çərçivəsində M270 sistemlərinə yeni zirehli kabin, kamera və radarlar quraşdırılacaq.

Bildirilir ki, təkmilləşdirildikdən sonra YARS-lar 2050-ci ilədək istismarda qalacaq. 44 yenilənmiş atıcı qurğu 499 km mənzilə malik və 2024-cü ildən etibarən istismarda olması gözlənilən ABŞ-ın PrSM (Precision Strike Missile - yüksək dəqiqlikli zərbə raketi) raketləri ilə də atəş edə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   M270  

Britaniya YARS-larını təkmilləşdirmək üçün yeni proqrama start verib

2021/04/MLRS--1618033808.jpg
Oxunub: 905     14:21     10 Aprel 2021    