Ermənistandakı Böyük Britaniyanın səfirliyi niyə öz binasını tərk edib?

2021/04/image-1617960989.jpg
Oxunub: 964     17:26     09 Aprel 2021    
Böyük Britaniya və Şimali İrlandiyanın Ermənistandakı səfirliyi təxminən üç ildir köçürülüb və başqa yerdə fəaliyyət göstərir. 2018-ci ildən etibarən səfirlik “Kamar” biznes mərkəzinin 8-ci mərtəbəsinə köçürülüb və öz saytlarında belə bunu qeyd ediblər.

“Hraparak” nəşri yazır ki, Böyük Britaniya səfirliyinin öz şəxsi evi var və bu ev Bağramyan prospektində, Amerika Universitetinin yaxınlığında yerləşir.

Böyük Britaniya və Şimali İrandiyanın Ermənistandakı səfirliyindən bildiriblər ki, seysmik təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq səfirlik başqa əraziyə köçürülüb.

“Britaniya səfirliyi 2018-ci ilin noyabrında İrəvanın mərkəzində, Vazgen Sarkisyan adına küçədə yerləşən “Kamar” biznes mərkəzinə köçürülüb”, - deyə səfirlikdən bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistandakı Böyük Britaniyanın səfirliyi niyə öz binasını tərk edib?

2021/04/image-1617960989.jpg
Oxunub: 965     17:26     09 Aprel 2021    