ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “Vaşinqton regionda daha aktiv rolu üzərinə götürməlidir”

2021/04/56567-1617963802.jpg
Oxunub: 784     16:26     09 Aprel 2021    
ABŞ-ın Türk İrsi təşkilatı bu yaxınlarda Cənub Qafqazın son inkişafları ətrafında müzakirə təşkil etmişdi.

Ordu.az xəbər verir ki, fəaliyyətdə olan və keçmiş diplomatlar, həmçinin analitiklər iştirakçılar arasında olublar.

ABŞ dövlət katibinin müavininin köməkçisi Corc Kent deyib ki, son Qarabağ müharibəsindən sonra Türkiyə və Rusiya İranın dəstəyi ilə toplam üç təşəbbüsü irəli sürüb, bu, Birləşmiş Ştatlar və başqa qərb tərəfdaşlarının son otuz ildə qəbul etdiyi baxışdan əhəmiyyətli dərəcə fərqlənir.

“Toplam üç təklif hədsiz dərəcədə fərqlənən alternativ baxışdır, bu, ABŞ və bəzi başqa qərb tərəfdaşlarını kənarda qoyacaq”, - deyə Kent bildirib.

Müzakirənin başqa bir iştirakçısı, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Çekuta öz növbəsində vurğulayıb ki, bu gün yaranmış vəziyyət, 1990-cı illərdə müharibəni uduzmuş Azərbaycanda baş verdiyi kimi, Ermənistanda qəzəb və dərin məyusluq yaradıb.

Keçmiş səfir əmindir ki, Vaşinqton regionda daha aktiv rolu üzərinə götürməli, Bakı və İrəvanla dialoq aparmalı, tərəfləri öz ritorikalarını yenidən nəzərdə keçirməyə məcbur etməlidir.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Azərbaycan   Qarabağ   Ermənistan   Böhran  

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “Vaşinqton regionda daha aktiv rolu üzərinə götürməlidir”

2021/04/56567-1617963802.jpg
Oxunub: 785     16:26     09 Aprel 2021    