BƏƏ ordusuna Cənubi Koreya istehsalı “Chunmoo” K239 YARS-ları tədarük ediləcək

2021/04/South-1617960262.jpg
Oxunub: 1208     19:23     09 Aprel 2021    
Birləşmiş Ərəb Əmirlikləri ordusuna Cənubi Koreya istehsalı “Chunmoo” K239 Yaylım Atəşli Reaktiv Sistemlər (YARS) tədarük ediləcək.

Ordu.az “Armyrecognition” nəşrinə istinadən xəbər verir ki, bu barədə razılaşma IDEX-2021 sərgisində əldə edilib.

Nəşr yazır ki, raket sistemlərinin alınması barədə müzakirələr ötən ilin iyul ayında başlayıb. Nə qədər sistemin alınması barədə məlumat verilməyib. Raketlərin ilk partiyasının artıq BƏƏ-yə təhvil verildiyi bildirilir. “Twitter” mikrobloqunda yayılan fotolarda BƏƏ ordusunun artıq YARS-larla sahə sınaqlarına başladığı görünür.

İdarə olunan və olunmayan raketlərlə təchiz oluna bilən “Chunmoo” ləqəbli K239 YARS-ları Cənubi Koreyanın “Hanwha Defence” şirkəti tərəfindən istehsal olunur. Raket sisteminin inkişafına 2009-cu ildə başlanılıb və ilk vasitə 2013-cü ildə istehsal edilib. Cənubi Koreya ordusu 2015-ci ildən bu sistemlərdən istifadə edir.

İstifadə edilən raketlərin tipinə görə sistemin mənzili 36-290 kilometr arasında dəyişir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BƏƏ   Koreya  

BƏƏ ordusuna Cənubi Koreya istehsalı “Chunmoo” K239 YARS-ları tədarük ediləcək

2021/04/South-1617960262.jpg
Oxunub: 1209     19:23     09 Aprel 2021    