Azərbaycan və Rusiya baş prokurorları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

2021/04/4ce3c-1617959606.jpg
Oxunub: 555     13:10     09 Aprel 2021    
Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov 8 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluqdan Ordu.az-a verilən məlumata görə, bu gün Kamran Əliyev və İqor Krasnov Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişdir.

Bundan sonra, hər iki ölkənin Baş Prokurorları tərəfindən 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış kompleks ziyarət edilmiş, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunmuşdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Rusiya  

Azərbaycan və Rusiya baş prokurorları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

2021/04/4ce3c-1617959606.jpg
Oxunub: 556     13:10     09 Aprel 2021    