Türkiyədən gələn psixoloqlar müharibədən zərər görmüş 1520 nəfərə psixoloji yardım göstərib

2021/04/16179-1617957405.jpg
Oxunub: 611     12:36     09 Aprel 2021    
Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər.

Ordu.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, aprelin 5-dən etibarən Bakı şəhəri ilə yanaşı, respublikanın cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində də müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarımızın psixoterapevtik reabilitasiyasına başlanılıb. Ümumilikdə ötən müddət ərzində Bakı, Gəncə, Bərdə və Lənkəran şəhərləri üzrə FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 1400 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 120-yə yaxın uşaq və yeniyetməyə müvafiq yardımlar göstərilib.

Hazırda Bakı şəhərində və cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində psixoloji yardım işi davam etdirilir. Həmçinin, məlumat verildiyi kimi, aprelin 12-dən etibarən şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində də türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılacaq.

Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan  

Türkiyədən gələn psixoloqlar müharibədən zərər görmüş 1520 nəfərə psixoloji yardım göstərib

2021/04/16179-1617957405.jpg
Oxunub: 612     12:36     09 Aprel 2021    