Putin-Paşinyan görüşü ərəfəsində Lavrovun Pakistanla bağlı açıqlaması

2021/04/Untit-1617955662.jpg
Oxunub: 1924     16:32     09 Aprel 2021    
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov 7 aprel tarixində Rusiyanın Pakistana sıxılmış qaz tədarükü təklif etdiyini və İslamabaddan cavab gözlədiyini bildirib.

Rusiya Xarici İşlər nazirinin açıqlaması məlum olduğu kimi 10 noyabr və 11 yanvar tarixlərində Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli gündəliyinə aid məsələlərin, Ermənistan-Rusiya ikitərəfli perspektivləri və Avrasiya inteqrasiyası ilə əlaqəli mövzular müzakirə edildiyi, Moskvada keçirilən Putin-Paşinyan yüksək səviyyəli Ermənistan-Rusiya görüşü ilə paralel bir vaxtda verilib.

Erməni siyasi şərhçi Hakob Badalyan qeyd edir ki, Ermənistan üçün Rusiya ilə birlikdə təhlükəsizlik sahəsində xüsusən Qarabağ və Zəngəzur istiqamətində əhəmiyyət kəsb edən potensial maraqlar var.

“Lakin eyni zamanda Qafqazdakı Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətləri və ondan irəli gələn çətinliklərlə bağlı bir sıra digər məsələlər də mövcuddur. Xüsusilə müharibə və müharibədən sonrakı dövr də daxil olmaqla Rusiyanın davranışını nəzərə alsaq, bir çox suallar doğuran məqamlar var və bunlar nəzərdən keçirilməlidir.

İlk baxışdan Lavrovun açıqlaması ilə Putin-Paşinyan söhbətinin hər hansı ortaq bir xüsusiyyəti yoxdur, fərqli mövzularda fərqli gündəmlərdir. Ancaq yuxarıdakı şərtlər Ermənistanı Moskvanın Pakistana olan marağına ciddi diqqət yetirməyə məcbur etməlidir”, - deyə o qeyd edib.

Ekspert bildirir ki, sıxılmış qazın burada bir fürsət olması və əsl məsələnin siyasət olduğu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bu barədə danışması ilə sübut olunur.

“Rusiya açıq şəkildə Pakistanla münasibətləri dərinləşdirmək və ya daha dərin bir münasibət qurmaq üçün hərəkətə başlayır və sıxılmış qaz tədarükü də bunun başlanğıcıdır. İslamabadın necə reaksiya göstərəcəyi hələ bəlli deyil, lakin Ermənistan üçün ayıq olmağa yeni bir səbəb var. Pakistanın Ermənistana münasibətinin necə olduğu çoxdan bəllidir. Pakistanın çox ciddi Azərbaycan tərəfdarı olduğu və davam etdiyi bir mövqeyi var. Pakistan, Türkiyə və Azərbaycan xaricində, Qarabağ məsələsinə görə Ermənistanla diplomatik əlaqələr qurmayan digər iki ölkədən biridir. Digəri Səudiyyə Ərəbistanıdır, ancaq Səudiyyə Ərəbistanı məsələsində bu münasibət Ermənistanla ən azından liderlər səviyyəsində ünsiyyət və təmaslara mane olmayıb. Səudiyyə Ərəbistanı həm birinci, həm də Pakistandan fərqli olaraq özünü düşmən kimi göstərməyib.

Üstəlik, bundan sonra müəyyən bir Pakistan-Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından bəhs olunur. Üstəlik, Pakistan Silahlı Qüvvələri komandanı tərəfindən həftələr öncə Türkiyəyə səfərindən sonra mütəxəssislər arasında nüvə silahına sahib olan Pakistanın bu texnologiyanı Türkiyəyə ötürən bir ölkə ola biləcəyi barədə fikirlər səslənmişdi”, - deyə Badalyan bildirib.

Beləliklə, Rusiyanın hansı istiqamətdə işləməyə başladığı tamamilə aydındır. Bu mənada, Moskvanın marağı yalnız Qərblə qarşıdurma kontekstində güclənmək deyil, eyni zamanda Çin, Hindistan, Türkiyə və İranla rəqabət etmək probleminin olduğu Asiya istiqamətinə yönəlməkdir.

“Bütün bunlar, əlbəttə ki, bir tərəfdən Rusiyanın uğurlarının Pakistanı cilovlamaq üçün bir fürsət ola biləcəyini düşünməyə əsas ola bilər. Digər tərəfdən, eyni şəkildə, heç də az əsasa malik olmayan başqa bir məsələ var. Rusiya Pakistana sıxılmış qazdan əlavə “geosiyasi təkliflər” edə bilər. Yuxarıda sadalanan şərtləri nəzərə alaraq, bu məqam erməni tərəfi üçün ciddi narahatlıq yarada bilər. Xüsusilə Moskva Pakistan-AİƏT inteqrasiyası fikrini davam etdirirsə daha çox narahatlıq yarada bilər. Ermənistan-Rusiya münasibətlərinin gündəmində olduqca incə, eyni zamanda ciddi bir məqam yaradan bax bu cür geniş kontekst var. İkitərəfli müzakirələr gündəmi, Rusiya və Ermənistana qarşı düşmən mövqe tutan dövlətlər arasında qarşılıqlı münasibətlərin gündəmini nəzərə almaya bilməz. Xüsusilə bu ölkələrin Avrasiya miqyasında rolunun açıq şəkildə artmasına səbəb ola biləcəyi bir şərait olduqda narahatlıq artır”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan   Rusiya  

Putin-Paşinyan görüşü ərəfəsində Lavrovun Pakistanla bağlı açıqlaması

2021/04/Untit-1617955662.jpg
Oxunub: 1925     16:32     09 Aprel 2021    