Ermənistan MTX-nin səs-küyü və reallıq: Erməni hərbçilərin valideynləri pul qəsb edənləri bağışlayır?

2020/10/13174-1603088731.jpg
Oxunub: 1104     17:53     09 Aprel 2021    
Ermənistan Milli Təhlükəsizlik Xidməti müharibə nəticəsində öldürülən hərbçilərin yaxınlarından dələduzluq yolu ilə pul ələ keçirən şəxsləri böyük təmtəraqla həbs etdiyi bir vaxtda, məhkəmədə vəziyyət tamamilə başqa cürdür.

“ArmLur” nəşri yazır ki, öldürülən hərbçilərin yaxınları onlardan dələduzluq yolu ilə pul tələb edənləri bağışlayır və cinayət işinə məhkəmədə xitam verilir.

Bəs, söhbət hansı cinayət işindən gedir?

Məlumata görə, ibtidai istintaq orqanı Artyom Qriqoryanı dləduzluq yolu ilə pul ələ keçirməkdə ittiham edir. Bildirilir ki, “Armel Group” MMC-də kuryer işləyərkən həmin yerdə anbar rəisi işləyən Marine Avetisyanla qarşılıqlı etibarı yaranıb. O, Marine Avetisyandan Qarabağda müddətli hərbi xidmət keçən, 2020-ci il 27 sentyabr müharibəsində iştirak etmiş və 2020-ci il 2 oktyabr tarixindən itkin düşmüş hesab olunan hərbi qulluqçu Qaqik Xaçaturyan haqqında eşidib. Marine Avetisyanın maraq və qayğısını görərək, ona yüksək rütbəli hərbi məmurlar arasında tanışlarının olduğunu və hərbi qulluqçu Qaqik Xaçaturyanı 100 min dram həcmində pul müqabilində 5 gün müddətinə məzuniyyətə buraxılmasını təşkil etməyi təklif edib. Pul vəsaitinin bir hissəsinin yol xərcləri, qalan hissəsini isə sənədləşmə xərclərinə sərf olunacağını da əlavə edib.

29 oktyabr 2020-ci ildə Artyom Qriqoryan, İrəvanın Adonts küçəsi 6/2 ünvanın həyətində Marine Avetisyandan 100.000 dram vəsaiti tələb edib və alıb. Daha sonra Artyom Qriqoryan müxtəlif səbəblər gətirərək Qaqik Xaçaturyanın məzuniyyət məsələsini təxirə salıb, 2020-ci ilin noyabr ayında isə Marine Avetisyan, Qaqik Xaçaturyanın hələ 2 oktyabr 2020-ci il tarixindən döyüşlər zamanı öldüyünü öyrənib.
Nəticədə, bu iş məhkəməyə gedib çıxıb. Məhkəmədə isə Marine Avetisyan, müttəhim Artyom Qriqoryanın ondan aldığı pulu geri qaytardığını, onunla barışdığını, ona qarşı heç bir şikayəti, heç bir iddiası olmadığını, məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etdiyini bildirib.

Nəticədə, hakim Vaçe Marqaryan, Ermənistan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən Artyom Qriqoryana qarşı açılan cinayət işinə baxılmasını dayandırıb və şübhəli ilə zərərçəkmiş arasında qarşılıqlı barışıq əsasında cinayət işinə xitam verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan   Qriqoryan   MTX  

Ermənistan MTX-nin səs-küyü və reallıq: Erməni hərbçilərin valideynləri pul qəsb edənləri bağışlayır?

2020/10/13174-1603088731.jpg
Oxunub: 1105     17:53     09 Aprel 2021    