Ordu.az xəbər verir ki, onlar Ermənistan səlahiyyətlilərinin əsir düşmüş ermənilərə sahib çıxmalarını tələb ediblər.
Əsir düşmüş erməni hərbi qulluqçunun anası Haykuş bütün erməni valideynlərin adından bildirib ki, əsir düşmüş erməni hərbi qulluqçuları Ermənistana qaytarmağı tələb edirlər.
"Dünən valideynlərlə orada olmuşuq. Baş nazir, Müdafiə naziri, Xarici İşlər naziri və heç biri bizimlə görüşməyib, suallarımıza cavab verməyib. Əgər onlar bizi görməzdən gəlirlərsə, deməli biz hamını görməzdən gəlirik. Hazırda Şirak vilayətinin bütün yolları bağlıdır. Oğlanlarımız gəlməyincə, bu yollar açılmayacaq. Suala cavab vermirlərsə, nəhayət biz Əliyevə müraciət edəcəyik", - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az