Ermənistanın keçmiş polis rəisinin intihar işi ilə bağlı cinayət işinə xitam veriləcək

2021/04/00-24-1617952999.jpg
Oxunub: 601     16:02     09 Aprel 2021    
Bu yaxınlarda Ermənistan İstintaq Komitəsi intihar etmiş keçmiş polis rəisi Hayk Harutyunyanın yaxınlarına bildirib ki, cinayət işinə xitam verilməsi barədə qərar qəbul edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

“Lakin keçmiş polis rəisinin yaxınları, xüsusən də Hayk Harutyunyanın qardaşı oğlu bu qərarla həmfikir deyil və bildirib ki, ilkin istintaq orqanının istintaq aparmadığı ilə bağlı boşluqlar var, buna görə də bunları tamamlamaq lazımdır.

O, İstintaq Komitəsinə vəsatətlər təqdim edərək deyib ki, Hayk Harutyunyanın telefon danışıqlarının dekodlaşdırmaları cinayət işində olmalıdır”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2019-cu ildə Robert Koçaryanın prezidentliyi dövründə Ermənistanın sabiq polis rəisi olan Hayk Harutyunyanın cəsədi onun Kotayk vilayəti Bjni kəndindəki evində tapılıb. İlkin məlumatlara görə, 23 sentyabr gecə yarısı hadisə yerinə gedən operativ-istintaq qrupu Harutyunyanın başından güllələnmiş cəsədini aşkar edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Koçaryan   Ermənistan   Böhran  

Ermənistanın keçmiş polis rəisinin intihar işi ilə bağlı cinayət işinə xitam veriləcək

2021/04/00-24-1617952999.jpg
Oxunub: 602     16:02     09 Aprel 2021    