Etirazçılar Ermənistan MN-ə giriş-çıxışı bağlayıblar, BQ rəisi helikopterlə binanı tərk edib

2021/04/17048-1617953938.jpg
Oxunub: 737     11:31     09 Aprel 2021    
İtkin düşmüş erməni hərbi qulluqçuların yaxınları bütün gecə boyu Ermənistan Müdafiə Nazirliyinin binasının ərazisində qalıblar, nazirliyin bütün girişləri bağlıdır.

Ordu.az xəbər verir ki, bu barədə itkin düşmüş erməni hərbi qulluqçunun yaxını Arsen Qukasyan məlumat verib.

O qeyd edib ki, artıq bir gündür Ermənistan MN-in binasının qarşısındadırlar, lakin bu müddət ərzində nə Baş Qərargah rəisi, nə də Müdafiə naziri xalqa yaxınlaşmayıb.

"Bir anlıq Baş Qərargah rəisi tərəfindən dəvət gəlmişdi ki, 15 nəfəri qəbul etsin, lakin xalq istəyirdi ki, o, bura yaxınlaşsın, hamı ilə danışsın. Bir neçə dəqiqə əvvəl helikopter gəldi", - deyə Qukasyan qeyd edib.

Qukasyan bildirib ki, MN-in binasını helikopterlə tərk edən şəxs Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   MN  

Etirazçılar Ermənistan MN-ə giriş-çıxışı bağlayıblar, BQ rəisi helikopterlə binanı tərk edib

2021/04/17048-1617953938.jpg
Oxunub: 738     11:31     09 Aprel 2021    