Ordu.az xəbər verir ki, “Sputnik Armenia” ilə baş tutmuş söhbət zamanı erməni əsirlərin yaxınları bu məlumatı təsdiq ediblər.
Onlar qeyd ediblər ki, İrəvan-Gümrü magistral yolunun Horom hissəsi, həmçinin Cacur və Aşotsk yolları da bağlıdır.
“Bizim tələbimiz yalnız birdir, yaxınlarımızın qaytarılması, başqa tələbimiz yoxdur”, - deyə onlardan biri qeyd edib və məsələni siyasiləşdirməməyə çağırıb.
Alpər Mövludoğlu
Ordu.az