KİV: ABŞ hərbi gəmilərin Qara dənizə göndərilməsi imkanlarını nəzərdən keçirir

2021/04/56756-1617957658.jpg
Oxunub: 717     13:16     09 Aprel 2021    
ABŞ Ukrayna ilə sərhəddə Rusiyanın hərbi fəaliyyətinin artması səbəbindən Qara dənizə tezliklə hərbi gəmilər göndərə bilər.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən yazıb.

Pentaqondan məsələ ilə bağlı şərh verilməyib. ABŞ-dan gələn bu cür jestin Rusiya üçün xüsusi bir siqnal ola biləcəyi qeyd olunur.

Bundan əvvəl Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna sərhədləri yaxınlığında Rusiya hərbi mövcudluğunun azaldılmasını tələb etmişdi.

Xatırladaq ki, ABŞ, Kanada, Litva, Polşa və Böyük Britaniya nümayəndələrinin toplantı keçirdiyi və Ukraynanın sərhədləri yaxınlığında Rusiyanın “hərbi fəaliyyətindəki artımı” müzakirə etdiyi məlum oldu. Amerika Birləşmiş Ştatları Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsini icra edən Amanda Dori və bu NATO ölkələrindəki həmkarlarının qatıldığı toplantı onlayn keçirildi.

Rusiya son aylarda Ukrayna ilə sərhədə əlavə qüvvələr yerləşdirməyə başlayıb. Ötən il qüvvəyə minən atəşkəs tez-tez pozulur. Mart ayının sonunda Ukrayna təhlükəsizlik qüvvələri Donetsk bölgəsinin Şumy kəndi yaxınlığındakı atəşkəsin pozulması nəticəsində dörd əsgərin öldüyünü bildirdi. Bundan sonra NATO-ya üzv ölkələr Ukraynaya dəstəyini elan ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Kanada   Ukrayna   Polşa   Britaniya   NATO  

KİV: ABŞ hərbi gəmilərin Qara dənizə göndərilməsi imkanlarını nəzərdən keçirir

2021/04/56756-1617957658.jpg
Oxunub: 718     13:16     09 Aprel 2021    