Koalisiya qüvvələri husilər tərəfindən buraxılan partlayıcı maddə yüklü PUA-nı məhv edib

2020/12/CH-4--1608720123.jpg
Oxunub: 642     11:22     09 Aprel 2021    
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndəki “Husi” qiyamçıları tərəfindən buraxılan partlayıcı maddə yüklü PUA-nı zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, PUA Səudiyyənin cənubundakı Cizən şəhəri istiqamətində atılıb.

Qiyamçıların nümayəndəsi “Twitter” hesabında bildirib ki, PUA-lar Cizən şəhərində yerləşən hava limanındakı döyüş təyyarəsi anqarlarını hədəf alıb. O, anqarlara dəqiq zərbə endirildiyini iddia edib.

2015-ci ilin martında Yəmənə müdaxilə edən koalisiya qüvvələri ilə husilər arasında son aylarda toqquşmaların sayı artıb. Yəmənin böyük hissəsinə nəzarət edən qiyamçılar Səudiyyə Ərəbistanı istiqamətinə ballistik raketlər, eləcə də partlayıcı yüklü PUA-lar göndərirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Səudiyyə-Ərəbistan  

Koalisiya qüvvələri husilər tərəfindən buraxılan partlayıcı maddə yüklü PUA-nı məhv edib

2020/12/CH-4--1608720123.jpg
Oxunub: 643     11:22     09 Aprel 2021    