Bayden adminstrasiyası hərbi xərcləri cüzi miqdarda artırmağı planlaşdırır

2021/01/AP_21-1611382686.jpg
Oxunub: 810     15:56     09 Aprel 2021    
ABŞ hökuməti 2022-ci il üçün nəzərdə tutulan büdcəni cümə günü açıqlamağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, Bayden adminstrasiyası büdcədə hərbi xərclər üçün 715 milyard dollar vəsait ayırmağı planlaşdırır.

Qeyd edək ki, bu il ABŞ hərbi xərclər üçün 704 milyard dollar vəsait ayırmışdı. Belə çıxır ki, Ağ Ev hərbi xərcləri 1.5% artırmaq niyyətindədir. Konqresdəki respublikaçılar hərbi xərclərin daha çox artırılmasını tələb edir.

Tramp adminstrasiyası 2022-ci il üçün büdcə təqdimatında hərbi xərclərin 722 milyard dollar olmasını planlaşdırmışdı.

Xərclər Pentaqonun əsas büdcəsini əhatə edir, lakin Energetika Nazirliyinin nüvə silahlarına xərcləmələrini ehtiva etmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bayden   ABŞ   Ordu  

Bayden adminstrasiyası hərbi xərcləri cüzi miqdarda artırmağı planlaşdırır

2021/01/AP_21-1611382686.jpg
Oxunub: 811     15:56     09 Aprel 2021    