Rusiya Xəzərdəki hərbi gəmilərini Qara dənizə göndərir

2021/04/56756-1617955317.jpg
Oxunub: 873     12:01     09 Aprel 2021    
Rusiya Xəzər dənizində yerləşən desant gəmiləri və hərbi katerlər daxil olmaqla 10 gəmisini Qara dənizə göndərir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik gəmilərin təlimlərdə iştirak etmək məqsədilə göndərildiyini bildirib. Gəmilər Mahaçqala bazasından Qara dənizə köçürüləcək.

Qara dənizə hərbi gəmilərin göndərilməsi Ukrayna ilə gərginlik fonunda baş verir. CNN telekanalı öz mənbələrinə istinadən yazıb ki, ABŞ Ukrayna ilə sərhəddə Rusiyanın hərbi fəaliyyətinin artması səbəbindən Qara dənizə tezliklə hərbi gəmilər göndərə bilər.

Qərb dövlətləri Ukrayna sərhədləri yaxınlığında Rusiyanın hərbi gücünü artırmasından narahatlıqlarını dilə gətirib. Moskva qüvvələrinin heç bir təhlükə yaratmadıqlarını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   ABŞ   Ukrayna  

Rusiya Xəzərdəki hərbi gəmilərini Qara dənizə göndərir

2021/04/56756-1617955317.jpg
Oxunub: 874     12:01     09 Aprel 2021    