ABŞ Müdafiə naziri İsraildən sonra növbəti səfərini Avropaya edəcək

2020/12/AP203-1607410213.jpg
Oxunub: 624     11:48     09 Aprel 2021    
ABŞ Müdafiə naziri Lloyd Oustin vəzifəsinin icrasına başladıqdan sonra xarici səfərlərə başlayıb. O ilk xarici səfərini Uzaq Şərq ölkələrinə edib. Artıq qeyd etdiyimiz kimi, mətbuatda yayılan məlumatlara görə, Oustinin növbəti səfəri İsrailə olacaq.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı artıq Pentaqon da təsdiqləyib.

Məlumatda qeyd olunur ki, şənbə günü Oustin İsrailə səfər edəcək.

Pentaqonun yaydığı məlumata görə, Müdafiə naziri İsraildən sonra Avropaya səyahət edəcək. Səfər zamanı Oustin Almaniya, NATO-nun Belçika və Britaniyadakı qərargahına gedəcək.

“Nazir Oustin beynəlxalq müdafiə əlaqələrinin əhəmiyyətini müzakirə etmək, ABŞ-ın davamlı trans-Atlantik təhlükəsizliyinə dair öhdəliyini gücləndirmək üçün həmkarları və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək”, - deyə məlumatda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   MN   NATO  

ABŞ Müdafiə naziri İsraildən sonra növbəti səfərini Avropaya edəcək

2020/12/AP203-1607410213.jpg
Oxunub: 625     11:48     09 Aprel 2021    