Ordu.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı ABŞ-ın Enerji naziri Cennifer Qranholm deyib.
“Nüvə potensialımızı modernləşdirməliyik, nüvə ehtiyatlarımızı qorumalıyıq ki, istifadəsi təhlükəsiz və səmərəli olsun. Digər dövlətlərdən nüvə təcavüzünün qarşısını almaq üçün bunu etməyə davam edəcəyik”, - deyə o bildirib.
Xatırladaq ki, bu həftə START Müqaviləsinin uzadılmasından sonra ilk dəfə Rusiya və ABŞ-ın nüvə arsenalları barədə məlumat mübadiləsi aparıb. Dövlət Departamentinin məlumatına görə, 1 mart tarixinə qədər Rusiya 517 qitələrarası, ballistik raketləri sualtı qayıqlara və ağır bombardmançılara yerləşdirib. ABŞ-da isə bu rəqəm 651 olub. Bu daşıyıcılardakı döyüş başlıqlarının sayı Rusiya üçün 1456, ABŞ üçün 1357 ədəddir. Rus ordusunun 767 yerləşdirilmiş və yerləşdirilməyən atıcı qurğusu mövcuddur, ABŞ-da isə 800 ədəddir.
Rusiya və ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılmasına dair tədbirlər haqqında müqavilə (START) 2010-cu ildə imzalanıb. Müqavilə strateji hücum silahlarının hər iki ölkə tərəfindən də azalmasını nəzərdə tutur. 2021-ci ildə tərəflər müqavilənin beş il uzadılmasına qərar verdilər.
Sevinc Əliyeva
Ordu.az