Rəsmi İrəvan terrorçuların qaytarılmasına nail ola bilmədi

2021/01/razm--1611908290.jpg
Oxunub: 2021     09:38     09 Aprel 2021    
"Təəssüflər olsun, əsirlərin geri qaytarılması yenə təxirə salınır".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisi bəyanat yayıb.

"Rus tərəfinin vasitəçiliyi ilə danışıqlar davam edir", - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil.

“Hərbi əsirlər kimi Ermənistan tərəfindən təqdim olunan mövzunun mahiyyəti fərqlidir. Azərbaycan bütün sahələrdə öz öhdəliklərinə ciddi yanaşan və məsuliyyətli, beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısıdır və bunu dəfələrlə sübut edib. 10 noyabr tarixli bəyanatın imzalanmasından sonra bütün müstəvilərdə Azərbaycan özünü çox məsuliyyətli davranışını təsdiq edib”, - deyə XİN rəhbəri qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Terror  

Rəsmi İrəvan terrorçuların qaytarılmasına nail ola bilmədi

2021/01/razm--1611908290.jpg
Oxunub: 2022     09:38     09 Aprel 2021    