Pentaqon rəhbəri dörd ölkəyə səfər edəcək

2021/04/dd2df-1617944636.jpg
Oxunub: 584     09:53     09 Aprel 2021    
ABŞ-ın müdafiə naziri Lloyd Ostin 10 apreldən İsrail, Almaniya və Böyük Britaniyaya səfər edəcək, NATO-nun Brüsseldəki qərargahına baş çəkəcək.

Ordu.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ostin, beynəlxalq müdafiə əlaqələrinin əhəmiyyətini müzakirə etmək üçün yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşəcək, ABŞ-ın müdafiə, yük paylaşımı, davamlı transatlantik təhlükəsizliyə sadiqliyini təsdiq edəcək.

Pentaqon rəhbəri İsraildə baş nazir Binyamin Netanyahu və müdafiə naziri Benni Qans ilə görüşəcək. O, almaniyalı həmkarı Anneqret Kramp Karrenbauerlə görüşü zamanı isə Amerika hərbçilərinin Almaniyada yerləşdirilməsini müzakirə edəcək.

Brüsseldə, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdə əsas müzakirə mövzusu Rusiya, Çin, terrorçuluğa qarşı mübarizə və iqlim dəyişikliyi olacaq. Səfər sonunda ABŞ-ın müdafiə naziri Lloyd Ostin britaniyalı həmkarı Ben Uolleslə danışıqlar aparacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   ABŞ   Pentaqon  

Pentaqon rəhbəri dörd ölkəyə səfər edəcək

2021/04/dd2df-1617944636.jpg
Oxunub: 585     09:53     09 Aprel 2021    