Erməni əsgərin atası: "Yuxarıdan komandirə deyiblər ki, Qarabağa getməsələr, döyərək-sındıraraq aparacaqsınız"

2018/02/345345_1519033721.jpg
Oxunub: 856     16:22     08 Aprel 2021    
Bir nəfər erməni sakin "Armlur.am" nəşrinin redaksiyasına müraciət edib.

Ordu.az xəbər verir ki, müraciət etmiş şəxsin oğlu müharibəyə qədər Qarabağda qulluq edib, müharibə iştirakçısıdır və əməliyyat edilib.

Anlaşılan səbəblərdən özünü təqdim etməmiş həmin bu şəxsin sözlərinə görə, komandir heyətindən əsgərləri təhdid ediblər ki, könüllü şəkildə Qarabağa qulluq üçün getməsələr, onları zorla aparacaqlar.

"Yuxarıdan komandirə deyiblər ki, Qarabağa getməsələr, döyərək-sındıraraq aparacaqsınız", - deyə erməni hərbi qulluçunun atası qeyd edib.

Xatırladaq ki, dünən nəşr şəxsən müddətli erməni hərbi qulluqçudan oxşar həyəcan təbili alıb.

Oktyabrın 4-də Ermənistan Müdafiə Nazirliyi erməni əsgərlərin fəaliyyətlərini yayımlayıb. Onlar arasında Ermənistanın Şirak vilayətindən 20 yaşlı erməni hərbi qulluqçu Hovhannes Astryan da olub.

Astryanın əmisi, Haykazor kənd sakini Artavazd Asatryan bildirib ki, Hovhannesin nə atası, nə də anası yoxdur və Hovhannesi bu günə qədər axtarırlar, lakin tapmayıblar.

Asatryanın sözlərinə görə, sentyabrın 27-də müharibənin başlamasından bu günə qədər Hovhannesdən xəbərləri yoxdur.

"Hökumətimiz bu uşaqların harada olduqlarını, öldüklərini, əsir, yaralı olduqlarını anlamaq üçün heç bir şey etmək istəmir, mən çox qəzəblənmişəm. Hovikin valideynləri yoxdur, qaz və işığı kəsiblər, mənə qardaşların faydalı olmadıqlarını, onlara pul verə bilməyəcəklərini deyirlər", - deyə Hovhannes Astryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Məğlubiyyət  

Erməni əsgərin atası: "Yuxarıdan komandirə deyiblər ki, Qarabağa getməsələr, döyərək-sındıraraq aparacaqsınız"

2018/02/345345_1519033721.jpg
Oxunub: 857     16:22     08 Aprel 2021    