Ordu.az xəbər verir ki, Darfur Həkimlər Komissiyasının məlumatına görə, daha 191 nəfər yaralanıb, minlərlə dinc sakin evlərini tərk edib.
Qərbi Darfurda massalit tayfası ilə ərəb icmaları arasında şiddətlənən silahlı münaqişənin ağır fəsadları da açıqlanıb. Bu əraziyə raket hücumu zamanı Sultan Tacəldin Hospitalı və elektrik stansiyası dağıdılıb, qaçqın düşən insanlar arasında aclıq başlayıb. BMT-nin Sudan üzrə nümayəndəsinin məlumatında yanvardan bəri 100 min dinc sakinin qaçqın düşdüyü, 700 mindən çox insanın humanitar fəlakətlə qarşı-qarşıya qaldığı bildirilib.
Sudanın bu bölgəsində qəbilə və tayfalar arasında 2003-cü ildən bəri davam edən silahlı toqquşmalarda 300 mindən çox insan həlak olub, 2,5 milyon dinc sakin evlərini tərk edib.
Ordu.az