Artıq başlanğıcı 2019-cu ildə Ermənistanın keçmiş polis rəisi Valeri Osipyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan qoyub.
Osipyana polis general-mayoru, MTX direktoru Artur Vanetsyana isə general-mayor hərbi rütbəsi verilib. Yeni rütbə aldıqdan iki ay sonra Artur Vanetsyan işdən azad olma müraciəti təqdim edib və təsdiq olunub.
Osipyan isə Artur Vanetsyandan iki gün sonra Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı və Ermənistan Baş nazirinin təklifi ilə uzaqlaşıb.
Növbəti rəsmi Ermənistan hərbi polisinin keçmiş rəisi Artur Bağdasaryan olub. Ona yanvarın 28-də erməni ordusunun yaradılmasının 28-ci ildöünümü münasibətilə Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən general-mayor rütbəsi verilib.
Yeni rütbədən heç bir ay keçməmiş Ermənistan Baş naziri Nikol Paşinyanın təklifi ilə onu vəzifəsindən azad ediblər.
Rütbələr almış vəzifəli şəxslərin sonrakı aqibətindən çıxış edərək indi də növbənin Ermənistanın polis rəisini vəzifəsindən azad etmək prosesinə çatdığı istisna edilmir.
Alpər Mövludoğlu
Ordu.az