Putin Paşinyana nə lazım olduğunu deyib

2020/11/16064-1606450589.jpg
Oxunub: 639     14:32     08 Aprel 2021    
“Moskvada Putin-Paşinyan görüşünün ictimai hissəsi Paşinyanın iqtisadi, siyasi preferensiyalar ümidi və Putinin strateji münasibətlər haqqında ümumi sözləri ilə əlamətdar olub. İctimai olmayan hissədə nə baş verdiyini təxmin etmək olar”.

Ordu.az xəbər verir ki, bunu “Lragir.am” nəşrində dərc olunan məqalədə müəllif bildirib.

“Məsələn, Nikol Paşinyan hərbi-texniki-təhlükəsizlik arxitekturası, ordunun yenidən qurulması, erməni-rus HHM və birləşmiş qoşun qrupu, əsirlərin qaytarılması, Qarabağ probleminin həlli, peyvənd tədarükü, yeni atom stansiyasının inşa edilməsi, rus strateji investisiyaları məsələlərini qaldırıb. Cavab olaraq Putin Ermənistana ən çox investisiyaları Rusiya qoyduğunu xatırladıb, ümidini bildirib ki, ticarət dövriyyəsi artacaq, kommunikasiyaların açılması Ermənistanın inkişafına töhfə verəcək. O, ən aktual məsələsinin Dağlıq Qarabağdakı vəziyyət olduğunu qeyd edib”, - deyə müəllif yazıb.

Məqalədə bildirilib ki, beləliklə Putin özünün yeganə prioritetini - Qarabağda üçtərəfli razılaşmanın həyata keçirilməsi qeyd edib.

“Bu, kommunikasiya dəhlizləri ilə Ermənistanın subyektivliyinin məhv edilməsini, Rusiyanın Qafqazdan hamarlıqla çəkilməsini və türklərin irəliləməsini yavaşlatmaq üçün Ermənistanın intihar buferinə çevrilməsini nəzərdə tutur”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan   Putin  

Putin Paşinyana nə lazım olduğunu deyib

2020/11/16064-1606450589.jpg
Oxunub: 640     14:32     08 Aprel 2021    