Ordu.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert, Ermənistanın “Vahid Ermənistan” partiyasının şura üzvü Vahe Davtyan deyib.
Onun sözlərinə görə, “Hrazdan-5”in dayandırılması ilə Ermənistanda enerji böhranı başlayıb.
“Biz dolayı yolla Azərbaycandan asılılıqda qalacağıq. Enerji böhranı haqqında danışdığımızda məhz təhlükəsizlik böhranını nəzərdə tuturam. Artıq hökumət bildirib ki, bu çatışmazlığı Gürücstandan idxal edilən elektrik enerjisi hesabına doldurmağa məcbur olacaq”, - deyə Davtyan bildirib.
O qeyd edib ki, AES-in 141 günlük dayandırılmasına və Qarabağdan 330 milyon kilovat/saat elektrik enerjisi idxal proqramının uğursuz olmasına indi ölkənin ən böyük enerji obyektlərindən biri olan “Hrazdan”ın 5-ci enerji blokunun sıradan çıxmaq riski də əlavə olunub.
“İndi blok dayandırılıb, bu, daha çox Ermənistandan elektrik enerjisi ixracı siyasətinin uğursuz olması ilə əlaqədardır.
Blokun sahibi olan “Qazprom Armenia” şirkəti üçün bunun gələcək istismarı artıq iqtisadi cəhətdən məqsədəuyğun deyil.
Dəfələrlə qeyd etdiyim kimi, uğursuzluğun əsas səbəblərindən biri “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin inşa edilməsinin yolverilməz yavaş templəridir, əslində bunlar bizi regionun enerji proseslərindən kənarda qoyur”, - deyə ekspert qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az