Ordu.az xəbər verir ki, bu barədə “Lragir.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.
“Dünən isə rus sülhməramlıların nəzarəti altında yerləşən Xankəndi-Şuşa yolunda yerləşən abidə tankı murdarlanıb. Bu yaxınlarda Bakı Şuşada “İsgəndər M” raketinin qalıqlarını tapıb, Rusiyanı Ermənistana ixracı Rusiyada qadağan edilmiş raketlər tədarük etməkdə ittiham edib. Bakı səlahiyyətliləri Moskvanı ittiham edirlər ki, sonuncu “qaçaqmalçılıq” yolu ilə Ermənistana qadağan edilmiş silah köçürüb”, - deyə bildirilib.
Müəllifin sözlərinə görə, Azərbaycan tərəfi iddia edir ki, Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanat hazırda Ermənistan və Rusiyanın fəaliyyətləri nəticəsində təhdid altındadır.
Alpər Mövludoğlu
Ordu.az