Ermənistan səlahiyyətliləri Qarabağ məsələsində aydın mövqeyə sahib deyillər

2021/04/ghj-1617874548.jpg
Oxunub: 747     16:03     08 Aprel 2021    
“Ritmeurasia.org” nəşri “Qarabağda qeyri-müəyən inkişaf perspektivində titrək sülh var” adlı məqaləsində yazır ki, Qarabağda sülhün elan edilməsindən sonra demək olar beş ay keçib.

Ümumi bəyanatları müəyyən fəaliyyətlər və konkret addımlar izləyib, lakin bunlar hələ münaqişənin həll məsələsində mövqelərin yaxınlaşmasına gətirib çıxarmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həll edildiyini düşünür. Ermənistan səlahiyyətliləri əks fikirdədirlər və dəfələrlə münaqişənin həll edilmədiyini bəyan ediblər.

Qarabağda titrək sülh yalnız rus sülhməramlıların varlığı sayəsində saxlanılır. Hər iki tərəfin analitikləri də münaqişənin həll məsələsini ehtiyatlı və az nikbinliklə qiymətləndirirlər.

“Azərbaycan Prezidenti münaqişənin artıq həll edildiyindən əmin olsa da, status məsələsinin həll olunmadığı anlaşılandır. Erməni tərəfi bu barədə danışır, Rusiya Prezidenti də bu barədə danışıb. Buna görə də münaqişənin tam həll edilmədiyini söyləmək olar. Çətin ki, erməni cəmiyyəti Qarabağın Azərbaycan tərkibində qalmasına razı olsun və düşünmürəm ki, Azərbaycan Qarabağın “müstəqilliyi”nə razı olsun”, - deyə “ritmeurasia.org” nəşrinə erməni ekspert Hayk Xalatyan bildirib.

Qeyd olunub ki, Ermənistan səlahiyyətliləri Qarabağ məsələsində aydın mövqeyə sahib deyillər.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan   Ermənistan-ordusu   Ermənistan   Böhran  

Ermənistan səlahiyyətliləri Qarabağ məsələsində aydın mövqeyə sahib deyillər

2021/04/ghj-1617874548.jpg
Oxunub: 748     16:03     08 Aprel 2021    