Rusiya-Pakistan münasibətlərində yeni keyfiyyət

2021/04/10483-1617874414.jpg
Oxunub: 474     15:32     08 Aprel 2021    
Rusiya və Pakistan ikitərəfli münasibətlərə yeni keyfiyyət vermək üçün maraq nümayiş etdirir.

Dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrov işgüzar səfərlə İslamabada gedib, orada pakistanlı həmkarı Şah Mahmud Qureyşi və ölkənin ali siyasi, hərbi rəhbərliyi ilə görüşlər keçirib. Bu, 2012-ci ildən bəri Lavrovun Pakistana ilk səfəridir.

Beləliklə, Rusiya ilə əlaqələrin inkişafı Pakistan üçün xarici siyasət gündəminin əsas istiqamətlərindən biridir.

Bu çərçivədə İslamabad üçün Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi də maraq kəsb edir: hələ 2016-cı ildə Pakistan Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası haqqında razılaşma imzalamaq üçün istək bildirmişdi, lakin bununla bağlı indiyə qədər proses yoxdur.

“Rusiya-Pakistan münasibətlərində maneələr olmasa da, AİB-ə üzvlük məsələsi Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin yoxluğundan və Pakistanın ölkəmizə qarşı açıq-aşkar düşmənçiliyindən yan keçə bilməz.

Sonuncu hal öz təzahürünü ikinci Qarabağ müharibəsi zamanı göstərib, bu zaman Pakistan Türkiyə-Azərbaycan tandeminə qoşulub”, - deyə erməni KİV-lərindən biri yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Pakistan  

Rusiya-Pakistan münasibətlərində yeni keyfiyyət

2021/04/10483-1617874414.jpg
Oxunub: 475     15:32     08 Aprel 2021    