Ermənistan MN-nin fəaliyyətsizliyi: Müharibə bitdikdən sonra cəbhədə niyə indiyədək mühəndis işi aparılmır?

2019/02/41565-1551258458.jpg
Oxunub: 872     16:53     08 Aprel 2021    
“Müharibənin bitməsindən və 9 noyabr üçtərəfli bəyanatından 6 ay keçməsinə baxmayaraq Ermənistanın təhlükəsiz bir cəbhə xətti yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

“Sünik, Qeğarkunik və Vayots Dzor bölgələrinin yeni sərhədlərində hətta əsas elementar təchizatı belə yoxdur, erməni hərbçilər sərhədləri dağlarda səngərsiz, qorunmaq üçün minimal şərtlərin olmadığı bir şəraitdə qoruyurlar. Bu vəziyyət, Müdafiə nazirliyinin, nazir Vaqarşak Harutyunyanın və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin otağını tutan Artak Davtyanın fəaliyyətsizliyindən xəbər verir. Xüsusilə müharibə bitdikdən sonra indiyədək cəbhə xəttində heç bir mühəndis texniki işləri aparılmayıb”, - deyə nəşr qeyd edib.

Nəşr Müdafiə Nazirliyinə yazılı sorğu göndərərək, cəbhə xəttində niyə mühəndis-texniki işləri aparılmadığını, bütün bunların səbəbinin nə olduğunu öyrənməyə çalışıb. Cavab olaraq, Ermənistan Müdafiə Nazirliyi kifayət qədər gec cavab verməklə, açıqlamasında bildirib: “Ermənistan Silahlı Qüvvələrinin müharibədən sonrakı yeni mövqelərində mühəndis işləri daim aparılır. İş bəzən hava şəraiti, yüksək dağlıq ərazi, qar qatları (3 m qalınlığa qədər), bataqlıq və donmuş ərazilərlə bağlı olur”.

“Əslində Müdafiə Nazirliyi 500 km-dən çox cəbhə xəttinin əsasən yüksək dağlıq ərazilərlə, soyuq iqlim şəraiti ilə əhatə olunduğundan cəbhənin təchiz edilməsi üçün bu günə qədər heç bir iş görülmədiyini təsdiqləyir”, - deyə məqalənin müəllifi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   MN  

Ermənistan MN-nin fəaliyyətsizliyi: Müharibə bitdikdən sonra cəbhədə niyə indiyədək mühəndis işi aparılmır?

2019/02/41565-1551258458.jpg
Oxunub: 873     16:53     08 Aprel 2021    