Çin PUA sürüsü daşıyan hava vasitəsini sınaqdan keçirib

2021/04/ngfd_-1617874136.jpg
Oxunub: 855     16:42     08 Aprel 2021    
Çin “Zhongtian Feilong” şirkəti bu yaxınlarda bir çox kiçik PUA-lar daşıya bilən daşıyıcı PUA-nı sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, PUA daşıyıcıdan başqa kəşfiyyat və hücum kimi vəzifələr üçün də istifadə edilə bilir.

Şaquli qalxma və enmə qabiliyyəti olan əsas PUA sınaqlar zamanı müxtəlif vəzifələr yerinə yetirəcək 9 kiçik PUA-nı havaya qaldırıb və oradan buraxıb. PUA-lar daha sonra sürü halında hərəkət edərək vəziflərini yerinə yetirib.

“Global Times” nəşri yazır ki, sürü müharibəsindəki bu yeni konsepsiya missiya bölgəsindəki aktiv PUA-ların sayını sürətlə artıracaq.

Qeyd edək ki, bu sistemin Qərbdəki analoqu XQ-58A “Valkyrie” PUA-larıdır. Bu PUA-lar da bir neçə PUA-nı havaya qaldıraraq oradan vəzifələrini yerinə yetirməsi üçün işə salırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Çin  

Çin PUA sürüsü daşıyan hava vasitəsini sınaqdan keçirib

2021/04/ngfd_-1617874136.jpg
Oxunub: 856     16:42     08 Aprel 2021    