Ukrayna ordusuna ASELSAN radiostansiyaları ilə modernləşdirilmiş T-72UA1 tankları təhvil verilib

2021/04/asfas-1617874006.jpg
Oxunub: 761     15:42     08 Aprel 2021    
Ukrayna ordusuna Kiyev Zirehli Avtomobil Zavodunda modernləşdirilən T-72UA1 tankları təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın “Ukroboronprom” dövlət konserni məlumat yayıb.

Qeyd olunur ki, indiyədək ümumilikdə 31 ədəd T-72UA1 əsas döyüş tankı modernləşdirilərək Ukrayna Silahlı Qüvvələrinə tədarük edilib.

Modernləşdirmə çərçivəsində tanklara daha qabiliyyətli V-84-1 mühərriki, yeni reaktiv zireh sistemi, Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən taktik radiorabitə sistemləri və SN-3003 “Bazalt” naviqasiya sistemi inteqrasiya edilib.

Bundan əlavə, T-72UA1 tanklarına gecə-gündüz atəş etmək qabiliyyətini yaxşılaşdırmaq üçün 1K13 gecəgörmə sistemi quraşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   ASELSAN  

Ukrayna ordusuna ASELSAN radiostansiyaları ilə modernləşdirilmiş T-72UA1 tankları təhvil verilib

2021/04/asfas-1617874006.jpg
Oxunub: 762     15:42     08 Aprel 2021    