Paşinyan fərarilərlə bağlı əfv elan edib

2021/04/nikol-1617871496.jpg
Oxunub: 1488     12:35     08 Aprel 2021    
Bu gün Ermənistan hökuməti "Müddətli hərbi və ya alternativ xidmətin növbəti hərbi çağırışından, təlim toplanışından və ya səfərbərlik hərbi çağırışından yayınmış şəxslərə qarşı əfv elan etmək haqqında" qanun layihəsini təsdiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə naziri Rustam Badasyan məlumat verib.

O deyib ki, layihə 2020-ci il sentyabrın 26-na qədər 27 yaşını tamam etmiş sıravi və 35 yaşını tamam etmiş ehtiyat qoşununun zabit heyətlərinin məcburi hərbi və ya alternativ xidmətindən, eləcə də elan edilmiş təlim toplanışından, yaxud səfərbərlik hərbi çağırışından yayınmış və Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin birinci maddəsi ilə nəzərdə tutulmuş cinayətdə şübhəli bilinən, ittiham edilən və ya mühakimə edilmiş şəxslərə şamil edilir.

"Əfv elan etməklə azadlıqdan məhrum olmaq cəzasına məhkum edilmiş, əleyhinə cəza şərti olaraq tətbiq edilməmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsləri cəzadan azad etmək təklif olunur", - deyə Badasyan qeyd edib.

Onun sözlərinə görə, əfv Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət törətməkdə şübhəli bilinən və axtarışda olan maksimum 5131 nəfər və mühakimə edilmiş maksimum 124 nəfərə şamil edilə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Paşinyan fərarilərlə bağlı əfv elan edib

2021/04/nikol-1617871496.jpg
Oxunub: 1489     12:35     08 Aprel 2021    