Türkiyənin İƏT-dəki nümayəndəsi: “Qarabağın işğaldan azad edilməsi həm də İslam torpağının azad edilməsidir”

2021/04/16178-1617867321.jpg
Oxunub: 385     11:34     08 Aprel 2021    
“İslam dünyası hər zaman Azərbaycanın yanında yer aldı”.

Ordu.az-ın məlumatına görə, bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Türkiyənin İƏT-dəki daimi nümayəndəsi Mehmet Metin Eker bildirib.

Türkiyənin İƏT-dəki daimi nümayəndəsi deyib ki, Qərb dünyasından fərqli mövqelər ortaya qoyulsa da, İƏT Azərbaycana birmənalı dəstək verib: “Ağdamda bir bina salamat qalmayıb. Bizə bələdçilik edən şəxs bütün binaları tək-tək tanıyırdı. Bütün dağılmış binalar barədə tək-tək məlumat verdi, gözləri dolurdu. Erməni işğalçılarının həm də mədəniyyət düşməni olduğu ortadadır. Mən 1990-cı illərdə - Qarabağın işğalından bir qədər sonra Azərbaycana səfər etmişdim. İndi bir zəfərlə Qarabağ torpaqları işğaldan azad edilib, azərbaycanlı qardaşlarımızın gözlərindəki ümid və işartını görmək məni çox duyğulandırır. İşğaldan qurtulan həm də bir İslam torpağıdır, İslam mədəniyyətinin yaşandığı torpaqlarıdır. Qarabağın işğaldan azad edilməsi İslam torpağının azad edilməsidir. Bunun İslam dünyasının digər yerlərindəki zülmlərin sona çatmasına da bir vəsilə olması üçün dua edirik”.

Mehmet Metin Eker qeyd edib ki, mübarizənin növbəti mərhələsi indi başlayır: “Birincisi, torpaqların minalardan təmizlənməsi, ikinci, yolların, dəmir yollarının, xəstəxanaların, məktəblərin inşa edilməsi, üçüncü mərhələdə evlərin tikilməsi, insanların torpaqlarına qayıtmasıdır. Torpaqların işğaldan azad edilməsi böyük zəfərdir. Bundan sonra bu torpaqlarda təhlükəsizliyin təmin edilməsi və insanların torpaqlarına qayıtması Azərbaycanın qarşısında duran mühüm vəzifədir. İƏT bu istiqamətdə Azərbaycanın yanındadır. Bir daha Azərbaycan xalqını zəfər münasibəti ilə təbrik edirəm”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İƏT   Azərbaycan  

Türkiyənin İƏT-dəki nümayəndəsi: “Qarabağın işğaldan azad edilməsi həm də İslam torpağının azad edilməsidir”

2021/04/16178-1617867321.jpg
Oxunub: 386     11:34     08 Aprel 2021    