Cibutinin İƏT-dəki nümayəndəsi: “Ağdamın yer üzündən silindiyinin şahidi olduq”

2021/04/fsdfs-1617866744.jpg
Oxunub: 440     11:24     08 Aprel 2021    
“Ağdama səfər zamanı əvvəllər mövcud olan şəhərin artıq yer üzündən silindiyinin şahidi olduq. Eyni zamanda səfər çərçivəsində Gəncə şəhərinə də getdik. Orada müxtəlif raketlərin zərbəsi nəticəsində dağıntıların şahidi olduq”.

Ordu.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İƏT-dəki daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama deyib.

“Biz azad edilən ərazilərə qayıdışın təmin olunması üçün Azərbaycana öz dəstəyimizi davam etdirəcəyik. Öz resurslarımızın bu məsələdə səfərbər olması üçün üzv dövlətlə təmasları davam edəcək və səylərimizin Azərbaycana yönəldilməsi üçün fəaliyyət göstərəcəyik”, - o bildiirb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   İƏT   Ağdam  

Cibutinin İƏT-dəki nümayəndəsi: “Ağdamın yer üzündən silindiyinin şahidi olduq”

2021/04/fsdfs-1617866744.jpg
Oxunub: 441     11:24     08 Aprel 2021    