İƏT Baş katibinin köməkçisi: "Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququ vardı"

2021/04/16178-1617865824.jpg
Oxunub: 522     11:09     08 Aprel 2021    
“Bu gün Azərbaycanda olmaq bizim üçün çox böyük şərəfdir”.

Ordu.az-ın məlumatına görə, bunu bu gün İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo bildirib.

Əhməd Kavesa Senqendo deyib ki, torpaqların işğaldan azad edilməsi hissini Azərbaycan xalqı ilə paylaşmaqdan çox məmnundurlar : “Torpaqların işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan hökuməti və xalqına təbriklərimizi çatdırırıq”.

İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi qeyd edib ki, İƏT üzvləri Azərbaycanı bu məsələdə daim dəstəkləyib: “Bu, tək Azərbaycanın İƏT üzvü olması deyil, Azərbaycanın mövqeyinin ədalətli olması ilə bağlı idi. Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququ vardı. Bundan sonra da Azərbaycana öz dəstəyimizi ifadə edəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   İƏT  

İƏT Baş katibinin köməkçisi: "Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququ vardı"

2021/04/16178-1617865824.jpg
Oxunub: 523     11:09     08 Aprel 2021    