“Valkyrie” PUA-ları uçuş zamanı digər PUA-nı havaya buraxıb

2021/04/fsdfd-1617864723.jpg
Oxunub: 769     16:21     08 Aprel 2021    
ABŞ Ordusunun “Skyborg” proqramına namizədlərdən biri olan XQ-58A “Valkyrie” PUA-ları təcrübələri davam etdirir.

Ordu.az xəbər verir ki, sonuncu uçuş zamanı PUA daxili silah bölməsində yerləşdirilən kiçik PUA-nı havaya buraxıb.

Arizonada keçirilən sınaq uçuşları zamanı PUA əvvəlcə yük bölməsinin qapılarını açıb və “Area-I” şirkəti tərəfindən istehsal edilən “ALTIUS-600” adlı kiçik avtonom PUA-nı işə salıb. “ALTIUS-600” radioelektron müharibə, kəşfiyyat, düşmən PUA-larına qarşı mübarizə də daxil olmaqla müxtəlif işləri yerinə yetirmək üçün nəzərdə tutulub.

“Valkyrie” bundan əvvəl F-35 və F-22 qırıcıları üçün rabitə mərkəzi olaraq sınaqdan keçirilib.

PUA ABŞ Ordusunun “Skyborg” proqramına namizədlərdən biridir. Bu proqram çərçivəsində süni zəka ilə təchiz olunan avtonom uça biləcək PUA-nın yaradılması nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   ABŞ  

“Valkyrie” PUA-ları uçuş zamanı digər PUA-nı havaya buraxıb

2021/04/fsdfd-1617864723.jpg
Oxunub: 770     16:21     08 Aprel 2021    