Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.
Bildirilir ki, Floridada yerləşən Eglin aviabazasında keçirilən mərasimdə döyüş təyyarəsi “Eagle II” (Qartal) adlandırılıb.
“Boeing” ilk F-15EX təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verib və Eglin aviabazasında əməliyyat sınaqlarından keçirib.
F-15EX qırıcı təyyarəsi “Boeing” şirkəti tərəfindən istehsal olunan ən yeni F-15 modelidir. F-15 döyüş təyyarəsi Vyetnam müharibəsindən sonra hazırlanmağa başlandı. Vyetnam müharibəsindən sonra təyyarə parkına daxil olan F-15A həqiqətən son dərəcə güclü, hava-hava missiyaları üçün uyğun, texniki cəhətdən mükəmməl bir təyyarə idi.
Keçən il “Boeing” və ABŞ Hərbi Hava Qüvvələri arasında müqavilə imzalanmışdı. İmzalanan müqavilə ABŞ Hərbi Hava Qüvvələri üçün F-15EX döyüş təyyarələrinin istehsalını əhatə edirdi. Müqavilənin ümumi dəyəri 22 milyard 890 milyon dollar idi.
F-15EX ABŞ Hərbi Hava Qüvvələrinin inventarındakı F-15C/D döyüş təyyarəsini əvəz etmək üçün hazırlanmış iki nəfərlik döyüş təyyarəsidir. Təyyarə bir sıra inkişaf etmiş silah sistemlərinə malikdir.
Sevinc Əliyeva
Ordu.az