Lavrov: “Rusiya Pakistana hərbi texnika tədarük etməyə, daha çox təlim keçirməyə hazırdır”

2020/12/Serge-1607582870.jpg
Oxunub: 563     11:37     08 Aprel 2021    
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Hindistan səfərindən sonra regionda bu ölkənin əsas rəqibi olan Pakistana səfər edib.

Ordu.az xəbər verir ki, İslamabada səyahət edən Lavrov Pakistanın Xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.

Lavrov Pakistana terrorla mübarizə qabiliyyətini gücləndirmək üçün xüsusi hərbi texnika tədarük etməyə hazır olduğunu bildirib. Müzakirə zamanı ölkələrin birgə hərbi təlimlər keçirməsi müzakirə edilib.

Lavrov Pakistanın Baş Qərargah rəisi general Qamar Bajva və danışıqları zamanı Kəşmir problemini gündəmə gətirən Baş nazir İmran Xan ilə görüşüb.

“Pakistanı xüsusi hərbi texnika ilə təmin etmək də daxil olmaqla Pakistanın antiterror potensialını gücləndirməyə hazır olduğumuzu təsdiq etdik. Bu, bölgədəki bütün dövlətlərin maraqlarına xidmət edir”, - deyə Lavrov Qureyşi ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Konfrans zamanı Lavrov qeyd edib ki, “Drujba” (dostluq) adlanan dağlarda təlimlər və “Ərəbistan Musonu” adlı dəniz təlimlərinin davam etdirilməsi müzakirə edilib. Pakistan və Rusiya hərbçiləri arasında 2016-cı ildə başlayan “Drujba” təlimində adətən hər iki tərəfdən xüsusi təyinatlı qüvvələr iştirak edir.

Rusiyanın 2018-ci ildə Pakistana məhdud sayda Mi-35M helikopteri tədarük etməsi Hindistanın narazılığına səbəb olmuşdi. Lavrov Pakistanın terrorla mübarizə qabiliyyətini gücləndirmək üçün helikopter tədarük edildiyini bilirsə də, bu Yeni Dehlidə inandırıcı qəbul edilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Lavrov   Rusiya   Pakistan  

Lavrov: “Rusiya Pakistana hərbi texnika tədarük etməyə, daha çox təlim keçirməyə hazırdır”

2020/12/Serge-1607582870.jpg
Oxunub: 564     11:37     08 Aprel 2021    