Pentaqon piyada əleyhinə minalardan imtina etmək niyyətində deyil

2021/04/88-1617867277.jpg
Oxunub: 655     11:56     08 Aprel 2021    
ABŞ hal-hazırda piyada əleyhinə minaların istifadəsindən tamamilə imtina etməyə hazır deyil.

Ordu.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Mayk Hovard deyib.

O, ABŞ Prezidenti Co Baydenin piyada əleyhinə minaların istifadəsinin ləğv edilməsinə yenidən baxma niyyətlərini şərh edərkən bildirib ki, bu gün minalar ABŞ ordusu üçün “döyüşlərdə istifadə edilən həyati vasitədir.

Xatırladaq ki, Barak Obamanın prezidentliyi dövründə ABŞ silahlı qüvvələrinin Koreya yarımadası əraziləri xaricində hər yerdə piyada əleyhinə minalardan istifadə etməsi qadağan edilmişdi. 2020-ci ilin yanvarında ABŞ Prezidenti Donald Tramp Obamanın qərarını ləğv etdi.

Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası vasitəsilə təşkil olunan bir sıra təşviqat qruplarının təzyiqi ilə 1997-ci ildə piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair konvensiya imzalanıb. Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 164 dövlət qoşulub, lakin Çin, Rusiya, ABŞ kimi böyük dövlətlər hələ də bu müqaviləyə qoşulmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   ABŞ  

Pentaqon piyada əleyhinə minalardan imtina etmək niyyətində deyil

2021/04/88-1617867277.jpg
Oxunub: 656     11:56     08 Aprel 2021    