Cənubi Koreya yeni hərbi nəqliyyat təyyarəsi inkişaf etdirəcək

2021/04/78978-1617871615.jpg
Oxunub: 1462     19:36     10 Aprel 2021    
Cənubi Koreyanın “Korea Aerospace Industries” şirkəti öz hərbi nəqliyyat təyyarələrini inkişaf etdirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə şirkət tərəfindən təşkil edilən mətbuat konfransında məlumat verilib.

Cənubi Koreyanın aviasiya nəhəngi daxili tələbatı ödəmək üçün yeni çoxməqsədli təyyarələr istehsal edəcək. Şirkətin icraçı vitse-prezidenti Ryu Kvang-su bildirib ki, gələcəkdə nəqliyyat və çoxməqsədli təyyarələrin inkişaf etdirilməsi zərurəti ilə bağlı ölkənin Müdafiə Satınalmaları Proqramı İdarəsi ilə razılaşmalar əldə edilib.

“Hazırda Ordu, Donanma və Hava Qüvvələri tərəfindən idarə olunan 30 ədəd çox məqsədli və 70 nəqliyyat təyyarəsi var. İdxal olunan təyyarələri yerli olaraq inkişaf etdirilmiş təyyarələrlə əvəz etməyi və uzun müddətə öz təyyarələrimizlə xarici bazarlara çıxmağı hədəfləyirik”, - deyə o qeyd edib.

Açıq mənbələrin məlumatına görə, Cənubi Koreya ordusu əsasən hava nəqliyyatı əməliyyatları üçün C-130 və CN-235 təyyarələrini idarə edir. Şirkət nümayəndəsi qeyd edib ki, təyyarə kəşfiyyat və dəniz patrul məqsədləri üçün də istifadə oluna biləcək. Qeyd edək ki, bir il əvvəl KAI təxminən 2.7 milyard dollarlıq sərmayə ilə yeddi ildə öz nəqliyyat təyyarələrini inşa edə biləcəyini açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Koreya  

Cənubi Koreya yeni hərbi nəqliyyat təyyarəsi inkişaf etdirəcək

2021/04/78978-1617871615.jpg
Oxunub: 1463     19:36     10 Aprel 2021    