Suriya raket zərbələrinə görə İsraili ittiham edir

2018/07/1047291386_1532498129.jpg
Oxunub: 560     10:26     08 Aprel 2021    
Gecə saatlarından Suriyanın paytaxtı Dəməşq şəhərinin cənub bölgələrinə çoxlu sayda raketlər zərbələri endirilib.

Ordu.az xəbər verir ki, bu barədə Suriyanın SANA adlı dövlət xəbər agentliyi məlumat verib.

Bildirilir ki, raketlərin bəziləri Hava Hücumundan Müdafiə (HHM) bölmələri tərəfindən zərərsizləşdirilsə də, bir neçəsi şəhərə düşüb.

Agentliyin məlumatına görə, zərbələr nəticəsində 4 hərbi qulluqçu yaralanıb və maddi ziyan dəyib. Şəhər sakinləri bir neçə partlayış səsi eşitdiyini bildiriblər.

Suriya hücumun Colan təpələri istiqamətindən edildiyini bildirir və buna görə İsraili ittiham edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya   HHM  

Suriya raket zərbələrinə görə İsraili ittiham edir

2018/07/1047291386_1532498129.jpg
Oxunub: 561     10:26     08 Aprel 2021    