Ordu.az xəbər verir ki, qadınlar Ermənistan hakimiyyətinin istefasını tələb edərək Ermənistan hökumətinin binasına doğru qadınların yürüşünü təşkil edib.
Aksiya zamanı polislərlə etirazçılar arasında toqquşma yaşanıb.
Polis bildirib ki, toqquşmada iştirak edən 15 nəfər saxalanılıb. Saxlanılar arasında ölən əsgərlərin yaxınları da var.
"Hökumət binasının qarşısından həbs olunanlar qrupunda müharibədə ölmüş İşxan Petrosyanın qızı, Ömərdə ölmüş Gevorq Virabyanın bacısı da var", - deyə aksiya iştirakçılarından biri deyib.
Alpər Mövludoğlu
Ordu.az